Yuxarı

Əliyevin bu mesajları bizi qürurlandırdı - Karakılıç

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində 44 ölkədən 80-dən çox mütəxəssisin iştirakı ilə keçirilən “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda Türkiyə-Azərbaycan münasibətləri, Türk Dövlətləri Təşkilatının (TDT), türk dünyasının gələcəyi və Şimalı Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanınması ilə bağlı diqqətçəkən və olduqca əhəmiyyətli fikirlər söylədi. Azərbaycanın dövlət başçısının türk birliyi ilə bağlı mesajları bizi qürurlandırdı.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlcuq Karakılıç deyib.

"Prezident İlham Əliyev siyasi tarazlıqları nəzərə almaqla cəsarətli qətiyyəti ilə beynəlxalq sistemin yaradıcılarına “biz də varıq” deyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxın və xüsusi münasibəti olduğunu hər fürsətdə deyən Azərbaycan Prezidenti Qafqazda və regionda birinci dərəcəli dövlət xadimi, üstün diplomatdır.

ŞKTC-nin Azərbaycanla əlaqələri, onun ilk növbədə Türk Dövlətləri Təşkilatı tərəfindən tanınması üçün mühüm addımlar atılır. Bu istiqamətdə Azərbaycanın nümayiş etdirdiyi mövqe də Prezident İlham Əliyev tərəfindən bəyan edildi. Vurğulandı ki, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana və beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik.

İlham Əliyevin ŞKTC-ni tanımaq bir yana, adını hallandırmaqdan belə çəkinən beynəlxalq ictimaiyyət və ya buna qadağa qoyan güc mərkəzlərinə qarşı bu çıxışı türk dövlət xadiminin qlobal siyasi böyüklüyünü göstərir. Azərbaycan Türkiyənin təkcə qardaşı deyil, həm də strateji tərəfdaşıdır. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi iki qardaş dövlətin regional və beynəlxalq problemlərə vermiş olduğu töhfə bir daha önə çıxmış olur".

Onun sözlərinə görə, Azərbaycan regionda öz problemlərini həll etmiş dövlət kimi çıxış edir:

"Bu xüsusda Azərbaycan və Türkiyə iki qardaş ölkə kimi beynəlxalq məsələlərdə eyni mövqeni bölüşür. Sözsüz ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasət Avropa və Rusiya ilə eyni səviyyədə münasibətlərin qurulmasını təşviq edir".

Tarix
2025.04.10 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir

Azərbaycan Cənubi Qafqazda yeni status-kvo yaratdı

Diplomatların Xankəndiyə səfəri başladı - Video

Türk dövlətlərinin Kipr yanlışı: Türkiyə nə edəcək?

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla