Yuxarı

Bakı-Tiflis qatarı nə zaman işə düşür?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Tiflis qatarı nə zaman işə düşür?

Bakı-Tiflis-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpası ilə bağlı intensiv işlər aparılır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yollarından bildirilib.

Qeyd olunub ki, bu prosesə dəmir yolu administrasiyaları, eləcə də məsələ ilə bağlı hər iki ölkənin aidiyyəti qurumları arasında danışıqlar və texniki detalların dəqiqləşdirilməsi daxildir.

“Tərəflər intensiv işləyir və hərəkətin bərpasının konkret tarixi daha sonra açıqlanacaq”, - qurumdan vurğulanıb.

Qeyd edək ki, ötən gün sosial şəbəkədə “Azərbaycan Dəmir Yolları”na aid qatarın Tiflisdə dəmir yolu vağzalında görünməsini əks etdirən fotoşəkil yayılıb. Həmin qatarın dəmiryol xətlərinin diaqnostikasını aparan qatar olduğu məlum olub.

Bundan öncə Gürcüstan tərəfi Bakı və Tiflis arasında dəmir yolu vasitəsilə sərnişin daşımalarının mayın 1-dən bərpa olunacağını bildirib.

Tarix
2025.04.10 / 19:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana hücumda iştirak edən Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla