Yuxarı

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna aprelin 10-dan start verilir.

Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Sənəd qəbulu üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün 29 dekabr 2024-cü il tarixində elan olunmuş Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı yenilənmişdir. Hər il olduğu kimi, bu il də namizədlər "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə əldə etdikləri qəbul sənədləri əsasında Dövlət Proqramına müraciət edərək müsabiqədə iştirak edə bilərlər.

Müvafiq elanla keçiddən tanış olmaq mümkündür.

Tarix
2025.04.10 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfiri Zəngəzurda: dəhliz planında yeni səhifə açılır?

Pezeşkian 4 vali, deputatlar, 110 iş adamı ilə Bakıya gəlir - Tarix

Moskvada Əliyev-Putin-Paşinyan görüşü olmayacaq!

Ərdoğan Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir

Azərbaycan Cənubi Qafqazda yeni status-kvo yaratdı

Diplomatların Xankəndiyə səfəri başladı - Video

Türk dövlətlərinin Kipr yanlışı: Türkiyə nə edəcək?

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla