Yuxarı

Azercell Paralimpiya Komitəsi ilə əməkdaşlığı davam etdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azercell Telekom” MMC sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunmasını və onların cəmiyyətə uğurlu inteqrasiyasını dəstəkləyir.

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi uzunmüddətli əməkdaşlıqlarını davam etdirir. Bu tərəfdaşlıq çərçivəsində 2025-ci il ərzində sağlamlıq imkanları məhdud 120-dək uşaq parastolüstü tennis, parapauerliftinq, paracüdo, paraüzgüçülük və parataekvondo kimi paralimpiya idman növləri üzrə müxtəlif tədbirlərdə iştirak edəcək.

İnklüziv idmanın inkişafına töhfə verməyi və sağlamlıq imkanları məhdud uşaqların potensiallarını reallaşdırmalarına imkan yaratmağı hədəfləyən Azercell, 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir. Şirkətin dəstəyi sayəsində bu illər ərzində yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib, Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafı ilə yanaşı, həm də sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji inkişafına, onların motivasiyasının və sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.

Tarix
2025.04.10 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Çavuşoğluya başsağlığı verdi

Britaniya səfiri Zəngəzurda: dəhliz planında yeni səhifə açılır?

Pezeşkian 4 vali, deputatlar, 110 iş adamı ilə Bakıya gəlir - Tarix

Moskvada Əliyev-Putin-Paşinyan görüşü olmayacaq!

Ərdoğan Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir

Azərbaycan Cənubi Qafqazda yeni status-kvo yaratdı

Diplomatların Xankəndiyə səfəri başladı - Video

Türk dövlətlərinin Kipr yanlışı: Türkiyə nə edəcək?

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla