Yuxarı

Xəzər dayazlaşır, alternativ marşrutlar axtarılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər dayazlaşır, alternativ marşrutlar axtarılır

Xəzər hövzəsinin sahilyanı dövlətlərinin dəniz limanları üçün onların stabil fəaliyyətini təmin edən əsas amil Xəzər dənizinin səviyyəsidir.

Axar.az xəbər verir ki, bu barədə “Aktau Dəniz Ticarət Limanı” Milli Şirkəti Səhmdar Cəmiyyətinin Kommersiya şöbəsinin rəisi Anuar Nemışov bildirib.

Onun sözlərinə görə, son 18 il ərzində Xəzər dənizinin səviyyəsində davamlı azalma müşahidə olunur.

“Aktau limanında suyun səviyyəsi 1,7 metr aşağı düşüb və azalmaqda davam edir. Bu, liman körpülərinin, gəmiçilik marşrutlarının, akvatoriyaların, hidrotexniki qurğuların istismar xüsusiyyətlərinə, habelə naviqasiyanın təhlükəsizliyinə mənfi təsir göstərir”, - deyə o qeyd edib.

Anuar Nemışov deyib ki, bununla əlaqədar Aktau limanında quru yük gəmiləri 600-1300 ton, neft tankerləri isə 2000-2500 ton az yüklənir:

“Gəmilərin yüklənməsinin azalması, şübhəsiz ki, dəniz nəqliyyatının rentabelliyinə təsir edir və yük axınlarının alternativ marşrutlara yönləndirilməsi risklərini yaradır. Naviqasiyanın təhlükəsizliyini və gəmilərin tam yüklənməsini təmin etmək üçün dərinləşdirmə işləri aparılmalıdır”.

Tarix
2025.04.11 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla