09:13
Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində yanğın başlayıb.
Axar.az Report-a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
FHN-dən verilən məlumata görə, Sumqayıt şəhərində ticarət obyektində baş vermiş yanğın FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılıb.
***
Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində başlayan yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin “Sülh” və “Nərimanov” küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.