Yuxarı

Arvadına 17 il əzab verən şəxs məhkəmə zalında həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərərvurmada və əzab vermədə təqsirləndirilən M.Zalovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Axar.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, M.Zalov 2006-cı ildən 2023-cü ilədək həftənin müxtəlif günlərində, günün müxtəlif saatlarında mütəmadi olaraq köməksiz vəziyyətdə olan arvadı, zərərçəkmiş M.M.-i güclü fiziki ağrı verməklə intensiv və davamlı olaraq yumruq, təpiklə vuraraq döyüb. Eyni zamanda, o, qadına qarşı zorakı hərəkətlərlə güclü fiziki ağrı və iztirablar verib.

Cinayət materiallarında qeyd edilib ki, təqsirləndirilən şəxs 2023-cü il fevralın 5-də, saat 15 radələrində Xaçmaz rayonunda yerləşən evində stolun üzərinə qoyulmuş süfrənin altında saxladığı 70 manat pulun 20 manatını tapa bilməyib. M.Zalov azyaşlı oğlunun gözləri qarşısında əsassız yerə arvadı M.M.-i ondan xəbərsiz həmin pulu götürməkdə günahlandırıb. O, bu səbəbdən aralarında yaranmış mübahisə zamanı qadının ona irad bildirməsini hörmətsizlik kimi qəbul edib. Sonra təqsirləndirilən şəxs ona tutulan iradın və pulun tapılmamasını cüzi səbəb kimi bəhanə edərək, zərərçəkmiş şəxsin bir neçə dəfə başından, sifətindən və burnundan qəsdən yumruqla vurub. Bu zaman qadın yıxılıb və M.Zalov bundan istifadə edərək ayağı ilə arvadının sağ əlini əzib, burun sümüyünü sındıraraq, ona sağlamlığa az ağır zərər yetirib, habelə zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab verib.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə M.Zalov 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. M.Zalov 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Tarix
2025.04.16 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla