Yuxarı

Fərhad Əhmədovun milyonluq avtomobillərinə həbs qoyuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərhad Əhmədovun milyonluq avtomobillərinə həbs qoyuldu - Foto

Milyarder, "Aznar" QSC-nin sahibi Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan bir sıra lüks avtomobillərə həbs qoyulub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, buna səbəb cəmiyyətin əsas səhmdarı Fərhad Teymur oğlu Əhmədova məxsus və onun tək təsisçiliyi ilə yaradılmış "Baku Kaspian Real İsteyts Limited" MMC-nin milyonlarla manatlıq borc öhdəliklərini yerinə yetirə bilməməsidir.

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə şirkətin adında olan avtomobillərə həbs qoyulub və onların axtarışı elan edilib. Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov həmin avtomobillərlə bağlı axtarış elan edib.

Həbs qoyulan nəqliyyat vasitələri aşağıdakılardır:

- 10 AZ 708 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı "Rənc Rover Vouq"

- AA dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı "Mersedes-Benz S500 Maybak"

- AZ dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı "Maybək 62"

- AF dövlət qeydiyyat nişanlı, 1954-cü il buraxılışlı ZİM 12

- AD dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı "Rənc Rover"

- 90 AA 988 dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı "Mersedes-Benz G63 Brabus"

- AD dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı "Rols-Roys Kalinın"

- AF dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı "Porşe Kayen Turbo"

- AL dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı "Harli Devidson" motosiklet

- 99 B 709 dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı "Mersedes S500"

- AA dövlət qeydiyyat nişanlı, 1980-ci il buraxılışlı QAZ-13 "Çayka”

- AE dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı "Porşe Panamera Turbo"

- AS dövlət qeydiyyat nişanlı digər nəqliyyat vasitələri.

Qeyd olunan avtomobillərin əksəriyyəti saxlanılaraq Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilib.

Fərhad Əhmədovun nümayəndəsi, "Baku Kaspian Real İsteyts Limited" MMC-yə məxsus bir neçə avtomobilin üzərindən həbsi götürmək üçün Səbail Rayon Məhkəməsinə müraciət edib.

Müraciətdə bildirilib ki, şirkətin hüquqi və faktiki ünvanı Göyçay şəhərində yerləşir və avtomobillərin üzərinə qoyulan həbs və onların cərimə meydançasına yerləşdirilməsi nəticəsində MMC-nin fəaliyyəti iflic vəziyyətə düşüb. Həmçinin qeyd edilib ki, borclu şirkətin balansında olan daşınmaz əmlakların dəyəri borcu ödəmək üçün kifayət edir.

Məhkəmə Fərhad Əhmədovun nümayəndəsinin iddiasını qismən təmin edib və borcun ödənilməsi üçün əlavə vaxt verilib. Bununla da yuxarıda adı çəkilən avtomobillərin əksəriyyətinin üzərindən həbs qərarı götürülüb.

Tarix
2025.04.16 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

İşarə verildi, bu şəxslər də həbs ediləcək

Allahşükür Paşazadə Betsi Berns Kornla görüşdü

Fuad Qəhrəmanlının DTX-yə cavabı: Video necə çəkilib?

Azərbaycan və Rusiya aktual məsələləri müzakirə etdi

“Zəngəzur Orta Dəhlizə rəqibdir” deyənlər... - Mamaladze

Bununla Avropa Parlamenti gerçək simasını aşkara çıxardı...

Bakıdan qayıdan kimi bu sözləri yazdı…

Vardanyanın “son sözü”: Bakıda bu şüarı deyibmi?

Qərb Qafqazda güclənir, gərginlik artır – KTMT

Əliyev xartiya imzaladı: güclənir... - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla