Yuxarı

Buraxılış imtahanından "iki" alanlara attestat veriləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Buraxılış imtahanından "iki" alanlara attestat veriləcək?

Hər il tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri açıqlandıqdan sonra zəif qiymət almış abituriyentlər attestat ala bilməmələrindən dolayı narahatlıq keçirirlər. Son günlərdə bu məsələ yenidən gündəmə gəlib. Bəzi valideynlər hesab edir ki, uşaqları buraxılış imtahanından zəif nəticə əldə etdikləri üçün attestat ala bilməyəcəklər.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev buraxılış imtahanının nəticəsinin şagirdin attestat almamasına səbəb olmadığını deyib.

"Təhsil haqqında" qanunda şagirdin buraxılış imtahanı nəticəsinin attestat alıb-almamasına təsir etməsinə dair heç nə yoxdur. Sovet dövründə belə bir anlayış olduğuna görə, valideynlər həmin dövrün təhsilini aldıqları üçün indi də övladlarının attestat ala bilməyəcəyini düşünürlər", - o bildirib.

Onun sözlərinə görə, sinifdə qalma anlayışı dərsləri kütləvi şəkildə buraxan şagirdə şamil olunur:

"Pedaqoji şura tərəfindən dərsləri buraxan şagirdin sinifdən sinfə keçirilməsi uyğun görülmədiyi üçün sinifdə qalması ilə bağlı qərar verilir. Pedaqoji şura şagirdin builki tədris planını mənimsəmədiyi üçün növbəti tədris ilində yenidən eyni sinifdə oxuyaraq dərsləri mənimsəyəcəyi qənaətinə gəlir".

Ekspert bildirib ki, qiymətə görə attestatdan məhrumetmə deyə bir anlayış yoxdur.

"Abituriyent buraxılış imtahanında iki qiyməti alarsa, onun attestat qiyməti 10-11-ci siniflərin illik göstəricisi əsasında hesablanaraq yazılır. Məsələn, əgər şagirdin 10-cu sinifdə illik qiyməti 5, 11-ci sinifdə 4 olarsa, buraxılışdan da 2 qiymət aldıqda bu üç qiymətdən ortalama çıxarılıb attestata yazılmalıdır. Şagirdin qiymətləri iki olsa belə, ona yenə də attestat verilir. Lakin attestatda qiymət yerinə 2 alması qeyd olunur. Heç bir məktəb rəhbərliyi bir fəndən illik ortalaması 2 olan şagirdi attestatdan məhrum edə bilməz. Buna görə də bəzi məktəb rəhbərliyinin valideynləri təşvişə salması əsassızdır. Bu kimi hallar ilə qarşılaşan valideynlər mütləq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) və yaxud da Elm və Təhsil Nazirliyinə müraciət etməlidirlər".

Tarix
2025.04.16 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

Zelenskinin danışıqlar üçün Bakı təklifi - Rusiyadan cavab

Xəzərlə bağlı iddialar inandırıcı deyil - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla