
Türkiyədə zəlzələ baş verdi
14:53
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Şərur rayonunda quyudan qadın meyiti tapılıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, meyiti tapılan şəxs 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovadır.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparıb.
Məlum olub ki, Zeynəb İsmayılova qətlə yetirilib. Onu həmkəndlisi, 1986-cı il təvəllüdlü Aypara Rüstəm qızı Əskərovanın qətlə yetirdiyi üzə çıxıb.
Qətl hadisəsi aprelinn 20-də baş verib. A.Əskərova həmin gün 75 yaşlı qadını qətlə yetirib və cinayətin izini itirmək məqsədilə quyuya atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti quyudan aprelin 22-də tapıblar.
Məlumata görə, 75 yaşlı qadın kimsəsiz olub. İddia olunur ki, hadisə pul üstündə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2025.04.23 / 10:55
|
Müəllif
Axar.az
|