Yuxarı

AZAL Qurban bayramına özəl uçuşların sayını artırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur istiqamətdə əlavə reyslər həyata keçirəcək.

Axar.az xəbər verir ki, əlavə uçuşlar Bakıdan İstanbula, Antalyaya və Dubaya planlaşdırılıb.

Belə ki, AZAL Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i, Antalyaya iyunun 6-dan 12-nə kimi hər gün, Dubaya isə iyunun 4-ü, 5-i, 8-i və 9-u tarixlərində əlavə reys yerinə yetirəcək. Sözügedən şəhərlərə uçuşların artırılması sərnişinlərə bayram günlərində daha rahat səyahət imkanı yaratmaq məqsədini daşıyır.

AZAL Qurban bayramı dönəmində səyahət etməyi planlaşdıran bütün sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Tarix
2025.04.23 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Zirəddindən qorxunc proqnoz: İstanbulu qırmızı görürəm...

Pezeşkian Bakıya bu tarixdə gəlir – Təsdiqləndi

Papanın tabutu Azərbaycan xalçası üzərindədir - Foto

Prezident Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət etdi - Foto

Prezident Cao Lıci ilə görüşdü - Foto

Fikrətoğlu müəmması: ARKA-dan getdi, yeni vəzifəsi...

Prezident Li Çianqla görüşdü

Bakının dəvətini müzakirə edəcəyik - Andreasyan

Prezidentin Çin səfəri: 3 mühüm məsələ... - Ekspert

Azərbaycan Çinlə elə bir saziş imzaladı ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla