Yuxarı

Uşaqlar buna görə evdən qaçır - Psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlar daim diqqətə, qayğıya, anlayışa ehtiyac duyurlar. Əgər bu ehtiyaclar ödənilmirsə, onların içində boşluq yaranır. Sosial media, oyunlar və sərt ailə mühiti bu boşluğu daha da dərinləşdirə bilər. Nəticədə uşaq özünü ifadə edə bilmədiyi bir mühitdən uzaqlaşmaq istəyir.

Bu fikirləri Axar.az-a açıqlamasında psixoloq Nizami Orucov son zamanlar tez-tez müşahidə olunan uşaqların evdən qaçması hallarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu cür hadisələrin arxasında əsasən psixoloji səbəblər dayanır və bunların başında ailədaxili münasibətlər və uşaqla düzgün ünsiyyətin olmaması gəlir.

O bildirib ki, uşaqların evdən qaçmasının əsas səbəbləri bunlardır:

- Diqqət və qayğı axtarışı: Ailədə, dostları arasında kifayət qədər görülməyən uşaq evdən qaçaraq, axtarılmaq istəyə bilər, özü üçün narahat olunmasını arzulaya bilər;

- Azadlıq ehtiyacı: Davamlı sərhədlər və qadağalar uşağın özünü sıxılmış hiss etməsinə səbəb olur. Bu halda müstəqillik arzusu qaçmaqla özünü büruzə verir;

- Daxili konfliktlər: Evdəki münaqişə, konflikt halları uşaqda depressiya, stress halı yaradar ki, bu da bir qaçışla nəticələnə bilər;

- Qorxu və təhdid: Uşağın yaşadığı elə bir hadisə olar ki, kəskin danlanma, təhdid, qorxu halından qurtulmaq üçün də evdən qaça bilər. Bu başqa cür müdafiə mexanizmi sayılır.

Çarə nədir?

Psixoloq hesab edir ki, bu halların qarşısını almaq üçün ilk növbədə uşağın dəyişən davranışlarına həssas yanaşmaq vacibdir. Valideyn və məktəb psixoloqu birlikdə fəaliyyət göstərməli, uşaqla ünsiyyət quraraq onun nə yaşadığını anlamağa çalışmalıdır.

Məktəblərdə qrup terapiyaları, söhbətlər təşkil olunmalı, psixoloq-şagird münasibəti daim olmalıdır. Valideyn isə evdə şəfqət, sevgi və anlayış mühiti yaratmalı, uşağa onu şərtsiz sevdiyini hiss etdirməlidir.

“Əsas məqsəd uşağı cəzalandırmaq yox, onu dinləmək, anlamaq və yenidən təhlükəsiz psixoloji bağlar qurmaqdır”, - Nizami Orucov fikirlərini yekunlaşdırıb.

Tarix
2025.04.24 / 09:08
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!

Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla