Yuxarı

İsmayıllıda 7 ailə köçürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsmayıllıda 7 ailə köçürüldü

İsmayıllı rayonunun Sərsurə kəndində torpaq sürüşməsi 7 yaşayış evinə ziyan vurub.

Axar.az xəbər verir ki, ötən ay, mayın 25-də Basqal-Sulut avtomobil yolunun 9-cu kilometrində, Sulut kəndi ərazisində gecə saatlarından başlayan torpaq sürüşməsi əraziyə yağan leysan yağışları nəticəsində yenidən aktivləşib. Nəticədə torpaq kütləsi Sərsurə kəndinə doğru hərəkətə başlayıb. Sərsurə kəndində 44 yaşayış evi vardır ki, bunlardan da 7-si bilavasitə torpaq axınının qarşısındadır. İyunun 3-də torpaq kütləsinin hərəkət istiqamətində olan həyətlərdə qabarmalar, yaşayış evlərində çatlar əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə monitorinq aparılaraq, 7 ailənin köçürülməsi tövsiyə olunub. Sakinlər kəndin təhlükəsiz ərazilərində qohumlarının evlərinə köçürülüblər.

İyunun 7-də sürüşmə prosesi bir qədər də aktivləşib. Sərsurə kənd sakinlərindən bir neçəsinin evinə zərər dəyib.

Tarix
2016.06.07 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla