Yuxarı

Naxçıvanda xeyli silah-sursat ələ keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda xeyli silah-sursat ələ keçirildi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Babək və Şahbuz rayonlarında müxtəlif ərazilərdə hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, məlumatlarla əlaqədar dərhal nazirliyin müvafiq qurumunun əməkdaşları hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 76 millimetrlik BR-350 və 1 ədəd 85 milletrlik BR-365 zirehdələn top mərmisi, 2 ədəd PQ-7 idarə olunmayan raketin mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd tüstü şaşkası, 10 ədəd PK silahının 7,62 millimetrlik mərmisi, 23 ədəd 5,45 milletrlik mərmi, 29 ədəd AKM-74 silahının 7,62 mm-lik mərmisi, 1 ədəd 30 mm-lik AQS-17 silahının mərmisi, 1 ədəd RPQ-7 qumbarası, 2 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 30 mm-lik AQS-17M silahının mərmisi olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən kənarlaşdırılıb.

Tarix
2025.04.27 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

Hansı “yerli istehsal” üçün vergini artırırlar?

İlham Əliyev Jelko Komşiçi təbrik etdi

Milli Məclisin növbəti plenar iclası başladı

Kamaləddin Qafarov: Kəlbəcər yenidən inşa olunur

Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla