Yuxarı

Bakı üçün böyük risk: Təhlükə təkcə zəlzələ deyil...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı üçün böyük risk: Təhlükə təkcə zəlzələ deyil...

Bakı seysmik cəhətdən risk altında olan bir ərazidə yerləşir.

Bu sözləri Axar.az-a açıqlamasında geoloq Mirismayıl Ağayev zəlzələ riski ilə bağlı danışarkən deyib.

“Şəhərin relyefinin əsasən düzənliklər və təpəliklərdən ibarət olması zəlzələ dalğalarının daha sürətli yayılmasına şərait yaradır. Bayıl yamacları, Badamdar və Binəqədi kimi bölgələrdə isə torpaq sürüşməsi riski də var. Bu isə o deməkdir ki, təhlükə yalnız yeraltı təkanla bitmir.

Bakı sahillərinə yaxın yerləşən Abşeron arxipelaqı isə başqa bir risk daşıyır. Buradakı adalar və dəniz dibi qatları zəlzələ zamanı çökməyə və dəyişməyə meyillidir. Tarix isə bu risklərin real olduğunu dəfələrlə sübut edib. 1842-ci ildə Bakı ətrafında baş verən böyük zəlzələ, 1902-ci ildə Şamaxıda yaşanan dağıdıcı hadisə və 2000-ci ildə Xəzər dənizində qeydə alınan 6.8 bal gücündə zəlzələ bunun açıq sübutudur.

Bundan əlavə, Abşeron yarımadası Azərbaycanın əsas neft və qaz yataqlarına ev sahibliyi edir. Güclü bir yeraltı təkan nəticəsində neft platformalarının zədələnməsi, qaz kəmərlərində qırılmalar, dənizə neft sızmaları və nəticə olaraq böyük ekoloji fəlakətlər baş verə bilər”, - geoloq bildirib.

Tarix
2025.04.28 / 16:49
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla