Yuxarı

Ölkədə 4 nəfərlik ailə bu qədər pulla dolana bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin yekun nəticələri ilə müqayisə bu ilin 4 ayı ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 58,20 manat və ya 13 faiz az mal,o cümlədən 26,40 manatlıq və ya 11 faiz az ərzaq,31,8 manatlıq və ya 16 faiz az qeyri-ərzaq malları alınıb. Uzun illərdir ki, Azərbaycanda əhalinin xərclərində ərzağın payı bütün xərclərin yarısı ətrafında olmaqla, çox yüksək olmaqda davam edir.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Əli Məsimli bildirib.

Əli Məsimlinin sözlərinə görə, əhalinin aztəminatlı təbəqəsinin xərclərinin əksər hissəsi ərzağa sərf olunur. İnkişaf etmiş ölkələrdə əhalinin xərclərində ərzağın payı 8-10 faiz, bəzi ölkələrdə bundan bir qədər yüksəkdir. Əhalinin xərclərində ərzağın payının yüksək olması həyat səviyyəsinin aşağı olmasını göstərən amillərdən biridir. Əhalinin xərclərində ərzağın payı nə qədər çox olarsa, orta və uzunmüddətli alıcılıq, eləcə də yığım qabiliyyəti bir o qədər aşağı olur.

O qeyd edib ki, Azərbaycanda 2021-ci ilin ilk aylarında 4 nəfərdən ibarət orta ölçülü ailənin ticarət xərcləri 1200 manat, o cümlədən ərzaq xərcləri 642 manat, qeyri-ərzaq xərcləri 566 manat idi. 2023-cü ilin əvvəllərinə bu cür orta ölçülü ailənin aylıq ticarət xərci 1622 manata, ərzaq xərci 912 manata, qeyri-ərzaq xərci 710 manata yüksəlib:

“2025-ci ilin ilk aylarında isə 4 nəfərdən ibarət orta ölçülü ailənin ticarət xərcləri 1800 manat, ərzaq xərcləri 1010 manat, qeyri-ərzaq xərcləri 790 manat olub. Son illər ailələrin ticarət xərclərində 600 manat (1,5 dəfə), o cümlədən ərzaqda 368 manat (1,6 dəfə) qeyri-ərzaqda 224 manat (1,4 dəfə) artım baş verib. Xərclərin sürətlə artmasının əsas səbəbi əhalinin alıcılıq qabiliyyətin yüksəlməsi deyil, inflyasiyadan qaynaqlanır. İnflyasiya ötən il bir qədər səngisə də, bu ildən yenidən aybaay sürətlənib.

Rəsmi statistikaya görə, 2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 106,3 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,6 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,6 faiz təşkil edib.

Millət vəkili bildirib ki, inflyaiyanın artması əlavə mal və məhsul almadan da əhalinin xərclərini artırır:

“Xüsusən də əhalinin aztəminatlı təbqəsinin güzəranına çox ciddi zərbə vurur. Ona görə də islahatları genişləndirməklə bir tərəfdən, yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artırılması istiqamətində real nəticəsi olan işlərin dairəsi genişləndirilməlidir. Digər tərəfdən isə əmək haqqı və digər ödənişlər artanda onun inflasiyanın yeminə çevrilməsinin qarşını almaq üçün Rəqabət Məcəlləsi işə salınmalıdır.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda əhalinin pərakəndə ticarət şəbəkəsindən aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları,geyim və ayaqqabıların, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Ötən il ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb. Rəsmi statistika məlumatlarına görə, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 449,8 manatlıq, o cümlədən 252,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 197,4 manatlıq qeyri-ərzaq malları alıb.

Tarix
2025.05.14 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

Hüseyndən həbs xəbərlərinə reaksiya

Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!

Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto

Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?

BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər

Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla