Yuxarı

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edib.

Bu barədə Axar.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Baş nazir Pakistanla sarsılmaz həmrəylik və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. Baş nazir əlavə edib ki, qardaş ölkə tərəfindən nümayiş etdirilən mövqe iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürüdür.

Regionda baş verənlər və əldə olunmuş atəşkəs razılaşması barədə danışan Baş nazir gələcək dövrlərdə də hər hansı təcavüz qarşısında öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazır olduğunu bildirib.

Baş nazir strateji xarakter daşıyan Pakistan-Azərbaycan münasibətlərinin inkişafından bəhs edərək, ikitərəfli əməkdaşlığın müsbət trayektoriyasından məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının açılması ilə mühüm mərhələ olduğunu bildirib. Baş nazir fevralda Bakıya səfərini xatırladaraq, Pakistanın qardaşlıq əlaqələrini qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yüksəltmək istəyini bir daha təsdiqlədi.

Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi hər zaman birlikdə olduğunu bildirən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov Prezident İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq əlaqələrinə böyük önəm verdiyini və son illər ərzində tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib

Tarix
2025.05.14 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla