Yuxarı

Azərbaycanda dəhşət: 42 yaşlı kişinin cinsi orqanını kəsdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:10

Xaçmaz rayonunda 42 yaşlı kişinin cinsi orqanı kəsilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Fərzəlioba kəndində baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Səbuhi Mahmudov saxlanılıb.

Tərəflər arasında mübahisə bir il əvvəldən başlayıbmış. Kənd sakinlərinin bildirdiyinə görə, xəsarət yetirilən şəxs bir il əvvəl Səbuhi ilə mübahisə edib və ona zor tətbiq edib. Həmin şəxs özündən 10 yaş balaca olan Səbuhini bağ sahəsində tutaraq onu döyüb və ailəsinə qarşı ağır ifadələr işlədib. Səbuhi isə bu barədə polisə şikayət etməyib. Amma tərəflər arasında münaqişə davam edib.

Hadisədən 1 il sonra - mayın 14-də Səbuhi gecə saatlarında spirtli içki qəbul edəndən sonra həmin şəxsdən qisas almaq qərarına gəlib. O, evindən bıçaq götürərək hadisə yerinə gəlib və həmin şəxsi evindən çağırıb. 42 yaşlı Xaçmaz sakini evindən çıxarkən Səbuhi onu arxadan tutub. Zərərçəkmiş şəxsin müqavimətini görən Səbuhi ona boynundan bıçaq zərbəsi endirib. Kişi yerə yıxılandan sonra isə Səbuhi "sənə demişdim ki, məni söy, ailəmə dil uzatma" deyərək bıçaqla onun cinsi orqanını kəsib. Hadisə yerini tərk edən Səbuhi polisə təslim olub və cinayəti etiraf edib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəsarət alan şəxsə xarici cinsiyyət orqanının tam amputasiyası diaqnozu qoyulub.

Onun müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Tarix
2025.05.15 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanla Zelenskinin görüşü başa çatdı - Foto

Azay Quliyev Rumıniyadakı prezident seçkilərini izləyəcək

Onlar beş nəfərdən ibarət ailəni vəhşicəsinə öldürdü...

Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

Zaxarovadan hərbçilərimizin paradda iştirakına münasibət

Trampı bu səfərdə azərbaycanlı iş adamı müşayiət edib

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Azərbaycanla qardaşlıq üçün çalışırıq - Pezeşkian

Prezident Edi Ramanı təbrik etdi

Gizli danışıq: Paşinyan Əliyevin bu iki tələbini yerinə yetirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla