Yuxarı

"Qarabağ"da qalmaq üçün şərtlərim… - Benzia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ"da qalmaq üçün şərtlərim… - Benzia

"Qarabağ"la müqaviləm başa çatır. Yeni mövsüm "Qarabağ"da qalacağam, ya yox, bilmirəm.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Yassin Benzia "CBC Sport"a açıqlamasında deyib.

“Bəlkə də sonuncu Azərbaycan çempionluğumdur. Ona görə fərqli hisslər yaşadığımı deyirəm. "Qarabağ"la danışıqlar gedir. Biz hələ də razılıq əldə etməmişik. Hər şey ola bilər. Bəzi klublar menecerimlə danışıq aparır. Adları çəkə bilmərəm. Bu mənim işim deyil. Mənim işim meydana çıxaraq hər matçda qələbə qazanmaqdır. Mövsümün sonunda qərar veriləcək. Hələ iki oyun qalıb. Tam fikrim bu oyunlara yönəlib", - Benzia bildirib.

"Qarabağ"da qalmaq üçün şərtlərim çoxdur. Bunu sizə açıqlaya bilmərəm. Bu, mən və klubum arasına olan məsələdir. "Qarabağ"ı çox sevirəm. Qurban Qurbanov formamı bərpa etməyim üçün mənə çox kömək etdi. "Qarabağ"da qalıb-qalmamağımdan asılı olmayaraq, bu klub hər zaman qəlbimdə qalacaq", - futbolçu əlavə edib.

Qeyd edək ki, Benzianın "Qarabağ"la müqavilə müddəti gələn ayın 30-da başa çatacaq.

Tarix
2025.05.22 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla İsrail arasında mühüm iclas başladı - Foto

Gideon Saar Azərbaycana gələcək

ABŞ Azərbaycana süni intellekt texnologiyası satacaq

ABŞ “Javelin”lərin Hindistana satışına razılıq verdi

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

Türkiyə ilə sülh Ermənistan üçün vacibdir - Mirzoyan

Dünənin, bu günün və sabahın partiyası

İşğal zamanı Ağdam böyük dağıntılara məruz qalmışdı

Ölkədə ipoteka sistemi çökür: Evlərin kəskin bahalaşması...

Qarakənd faciəsindən 34 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla