Yuxarı

Provayderlər yüksək sürət paketləri təmin etməlidir - Mərdanov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Provayderlər yüksək sürət paketləri təmin etməlidir - Mərdanov

Azərbaycandakı internetin sürətini inkişaf etmiş ölkələr səviyyəsinə çatdırımaq üçün operator və provayderlər artıq yüksək sürət paketləri təqdim etməlidir.

Axar.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir ki, bunu qurumun sədri Nail Mərdanov bir sıra internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə görüşdə deyib.

“Yenilənmiş infrastruktur, müştəri təcrübələri, latent tələb və digər araşdırmalar göstərir ki, internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün operator və provayderlərimiz artıq 150-200 Mbit/s-dən yuxarı internet sürət paketləri təqdim etməlidirlər. Bunun üçün telekommunikasiya infrastrukturu 1 Gbit/s və yuxarı internet sürətlərini dəstəkləməli və yüksək sürət paketləri təqdim edə bilməlidirlər. Ölkədə internetdən istifadə sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün yüksəksürətli xidmət təkliflərinin olması zəruridir”, – deyə İKTA sədri qeyd edib.

O, “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan prioritetlərin icrası nəticəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-yə, 2025-ci ildən sonra inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının hədəf indikatorları olaraq müəyyən edildiyini xatırladıb. O, aprel ayının göstəricisinin 54 % daha yüksək - 76,87 Mbit/s olması barədə məlumat verib.

N. Mərdanov əlavə edib ki, hazırda ölkəmizdə 2,2 milyon sabit genişzolaqlı internet abunəçisi mövcuddur ki, onlardan da 1,7 milyonu və yaxud 78 %-i GPON texnologiyası istifadə edir. Bu texnologiya üzərindən 1 Gbit/s internet sürətinin təqdim olunması mümkündür. Hazırda 2,9 milyon ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı təmin olunub.

Görüşdə inkişaf etmiş ölkələrdə təqdim edilən internet sürət paketləri nümayiş etdirilərək növbəti müzakirələrə qədər operator və provayderlərin bu hədəfə çatmaq üçün atacaqları addımları müəyyən etməsi, bu istiqamətdə daxili təhlillər edərək təkliflər hazırlaması təklif edilib.

Tarix
2025.05.22 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən... - Prezident

COP30-da yanğın: azərbaycanlılar xəsarət alıb?

Prezident onlara müraciət ünvanladı

Trampın Ukrayna ilə bağlı sülh planı - Tam mətn

Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk - Səfir

Laçının torpaq potensialı yenidən qiymətləndirildi

Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi - Foto

2026-cı ilin büdcə zərfinin strukturu...

Erməni mütəxəssislər Bakıya gəlir - Tarix

Hacıbəyli Mehdiyevə sevgisini bu sözlərlə etiraf etmişdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla