Yuxarı

Çindən gətirilən maşınların qiyməti bahalaşır - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çindən gətirilən maşınların qiyməti bahalaşır - Video

Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə həftədə 2 dəfəyə yaxın artım var.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəl 1500 dollara gətirilən avtomobillər üçün hazırda şirkətlər 2700-2900 dollar arası xidməthaqqı tələb edirlər.

Bu hal xüsusən də Çindən idxal edilən avtomobillərin logistik qiymətlərində özünü göstərir. Bəs buna səbəb nədir?

Çindən avtomobil idxal edərək satışını həyata keçirən şirkətlərdən birinin rəhbəri İlqar Əliyev deyir ki, ilin sonuna doğru artan tələb fonunda daşıyıcı şirkətlər qiymətləri süni şəkildə artırıb.

Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev isə hesab edir ki, qlobal konteyner daşımalarındakı qiymət artımı, limanlardakı sıxlıq və Çində logistika xərclərinin yüksəlməsi də prosesə təsir edən amillərdəndir.

Ekspertlər bildirirlər ki, bu vəziyyət avtomobillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Həmin avtomobillər güzəşt müddəti bitənə qədər gətirilib satılsa belə, logistik xərcdəki artım satış qiymətinə əlavə ediləcək. Mütəxəssislər hesab edirlər ki, növbəti ilin əvvəlindən qiymətlərin sabitləşməsi baş verə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2025.11.21 / 01:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla