Yuxarı

Bir gündə heyvanların “qurban” adı ilə kütləvi kəsilməsi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir gündə heyvanların “qurban” adı ilə kütləvi kəsilməsi...

“Qurban” dediyimiz anlayış bu gün bizim bildiyimiz mənada Qurani-Kərimdə yer alan “qurbanlıq” anlayışına uyğun gəlmir.

Bu fikirləri Axar.az-a ilahiyyatçı Elşad Miri Qurban bayramı ilə bağlı açıqlamasında səsləndirib.

İlahiyyatçının sözlərinə görə, ərəb dilində “qurban” sözü “yaxınlaşmaq” mənasını verir:

“Əslində, qurban anlayışı Həcc mərasimi zamanı (bizim başa düşdüyümüz mənada Həcc deyil) ora dəvət olunan insanlarla bağlıdır. Quranda bu çərçivədə hədiyyə olaraq kəsilən heyvanlar və verilən yeməklərdən bəhs edilir. Bu anlayış sırf həmin mərasimlə bağlıdır. “İsmayıl qurbanı” ifadəsi də doğru deyil, çünki Qurani-Kərimdə bu qurbanın konkret olaraq İsmayıla aid olduğu bildirilmir. Qurbanlıq anlayışı ilk insanlardan bəri mövcuddur. Bu o demək deyil ki, Nuh peyğəmbərin dövründə bu anlayış olmayıb”.

Elşad Miri qeyd edib ki, bu gün qurbanlıq sadəcə heyvan kəsmək kimi başa düşülür ki, bu da doğru yanaşma deyil:

“Məsələn, elə insan var ki, qurbanın dəyərini başqa şəkildə vermək istəyir. Kimisi isə sağlamlıq səbəbindən qoyun əti yeyə bilmir. Lakin hər kəsə məcbur şəkildə qoyun əti verilir. Bu da doğru deyil. Bir gün ərzində saysız-hesabsız heyvanın kəsilməsindənsə, insanların ehtiyacları nədirsə, o şəkildə təmin olunması daha məqsədəuyğundur”.

İlahiyyatçı bildirib ki, Qurani-Kərimdə qurbanlıqla bağlı bayram anlayışı yer almasa da, bu gün adət-ənənəyə əsaslanaraq bayram kimi qeyd olunur:

“Bildiyimiz kimi, bizim müstəqilliyimizlə və digər hadisələrlə bağlı müxtəlif bayramlarımız var. Bayramlar hər zaman meydana çıxa və zamanla dəyişə bilər. Əsas odur ki, xalq və cəmiyyətin həyatında iz buraxan hadisələr bayram kimi qeyd olunur. Bu baxımdan da hər hansı bir problem yoxdur”.

Tarix
2025.05.26 / 13:41
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla