Bakıda keçiriləcək Formula-1
üzrə Avropa Qran Prisində itirilmiş əşyaların elektron axtarışı və
qeydiyyatı fəaliyyət göstərəcək.
Axar.az xəbər verir ki, "eTap" adlı layihə Bakıda keçiriləcək
Formula-1 Avropa Qran Prisi ilə əməkdaşlıq çərçivəsində, yarış
günlərində, iştirakçılara və tamaşaçılara öz xidmətini təqdim
edəcək.
Əsas fəaliyyət, itirilmiş və ya tapılmış əşyaların elektron
qeydiyyatı və sahibinə qaytarılması isitqamətində yüksək xidməti
təmin etməkdən ibarət olacaq.
Əşyanı itirmiş və ya tapmış şəxslər, məlumat mərkəzlərinə
yaxınlaşaraq, müvafiq formanı dolduraraq, "eTap" sistemində
qeydiyyata düşəcəklər.
İtirilmiş əşyaların qeydiyyatı və axtarışı xidmətini yerinə
yetirəcək Etap.az adlı bu layihə vasitəsilə itirilmiş əşya
sahibləri itirdikləri əşya barədə saytda pulsuz elan verə
biləcəklər. Layihənin əsas məqsədi internet imkanlarından istifadə
edərək asanlıqla itirilmiş əşya haqqında elan yayımlamaq, itirilmiş
və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək
ödənişsiz xidmət təmin etmək və cəmiyyətdə sosial fayda vərdişləri
yaratmaqdır.
Artıq 01.02.2015-ci il tarixindən vebsaytla bərabər, rəsmi
Feysbuk səhifəsi https://www.facebook.com/etap.az
fəaliyyət göstərir.
Layihə çərçivəsində gündəlik restoranlar şəbəkəsi, Bakı
Metropoliteni, İdman sağlamlıq mərkəzləri, nəqliyyat şirkətləri,
sosial iaşə obyektləri və digər təşkilatlarla quracağımız
əməkdaşlığı, həmçinin layihənin gələcəkdə region üzrə bazara çıxma
ehtimalını nəzərə alaraq qeyd etmək mümkündür ki, qeyd olunmuş
istifadəçi sayı dəfələrlə arta bilər.
Etap.az xidmətlərini tamamilə pulsuz təqdim edir, lakin ödənişli
"premium" elanların imkanlarından istifadə edərək elan sahibləri
elanın daha çox görüntülənməsini əldə edə bilər.
Əgər siz də hər hansı bir əşya itirmisinizsə və ya tapmısınızsa,
aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlamağınız xahiş olunur. Tel
070 234 10 26 ; [email protected] ;
www.etap.az; https://www.facebook.com/etap.az