Yuxarı

Xəzər Urmiya gölü və Aral dənizinin taleyini… - Babayev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər Urmiya gölü və Aral dənizinin taleyini… - Babayev

Azərbaycan Xəzər dənizinin dayazlaşması probleminə həsr olunmuş sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edib, tədbirin dəqiq tarixi və gündəliyi yaxın zamanda elan ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib.

O vurğulayıb ki, hazırda belə bir sammitin keçirilməsinə hazırlıq çərçivəsində aktiv iş aparılır:

"Biz bütün Xəzəryanı dövlətləri müvafiq məsləhətləşmələr keçirməyə və Xəzər dənizinin dayazlaşması məsələsini müzakirə etməyə dəvət etdik. Hazırda (Xəzəryanı ölkələrin) müvafiq nazirlikləri və qurumları bu tədbirin gündəliyi və keçirilmə müddətinin müəyyənləşdirilməsi üzərində aktiv iş aparırlar".

M.Babayev bildirib ki, bir neçə gün əvvəl Sankt-Peterburqda Nevski ekoloji konqresi keçirilib:

“Bu konqresin sessiyalarından biri Xəzər dənizinin dayazlaşması probleminə həsr olunub. Burada çox məzmunlu və ciddi müzakirələr aparılıb. Bu gün Astana Beynəlxalq Forumu çərçivəsində belə müzakirələr davam edir. Biz Qazaxıstanın səlahiyyətli qurumlarının nümayəndələri ilə görüşlər keçiririk, həmçinin beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq edirik. Birlikdə təkcə Xəzəryanı dövlətlərə deyil, bütövlükdə bütün regiona təsir edən bu son dərəcə narahatedici prosesin nəticələrinin yumşaldılması üçün strategiya hazırlayırıq".

O, Xəzərin dayazlaşması probleminin ciddiliyini qəbul etməyə çağırıb, Urmiya gölü və Aral dənizinin quruması kimi ekoloji fəlakətlərin faciəvi nümunələrini xatırladıb.

Tarix
2025.05.29 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla