Yuxarı

Sərhədi pozarkən çaya düşən əcnəbilər təxliyə edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhədi pozarkən çaya düşən əcnəbilər təxliyə edildi - Video

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.

Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılaraq xidməti ərazi qapadılmış, Rusiyanın sərhəd nümayəndəliyi məlumatlandırılıb.

Dövlət sərhədini pozmağa cəhd edərkən Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qalaraq həyati təhlükə ilə üzləşən sərhəd pozucularının xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, sərhədçilərin peşəkar müdaxiləsi nəticəsində onların təxliyəsi mümkün olmuşdur.

Saxlanılan şəxslərin Pakistan İslam Respublikası vətəndaşları – 1975-ci il təvəllüdlü Begüm Raqia, 1991-ci il təvəllüdlü Əhməd Süleyman, 2000-ci il təvəllüdlü Sumera Süleyman Əhməd, 2021-ci il təvəllüdlü Süleyman Məhəmməd Sultan, 2022-ci il təvəllüdlü İsgəndər Məhəmməd Sultan olduğu müəyyənləşdirilmişdir.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

Tarix
2025.05.30 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla