Yuxarı

“Azercell” kibermaarifləndirmə proqramına start verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin lider mobil operatoru rəqəmsal savadlılığın artırılması və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində təşəbbüslərini davam etdirir. Şirkət Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıqda “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na başlayıb.

Layihənin məqsədi məktəbliləri rəqəmsal məkanda qarşılaşa biləcəkləri risklər barədə məlumatlandırmaq və onlara təhlükəsiz onlayn vərdişləri aşılamaqdır. Təlimlərdə iştirakçılara şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, onlayn fırıldaqçılıq və kiberbullinqə qarşı mübarizə üsulları üzrə praktiki biliklər təqdim olunur. Beynəlxalq standartlara əsaslanan proqram Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ekspertləri tərəfindən aparılır.

İlkin mərhələdə proqram Xızı, Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən məktəbləri əhatə edib. Ümumilikdə 250-yə yaxın məktəblinin iştirakı ilə keçən təlimlərdə şagirdlər virtual mühitdə üzləşə biləcəkləri risklər, həmçinin trollinq, kiberbullinq və onlara qarşı effektiv mübarizə üsulları barədə geniş məlumat əldə ediblər.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” Texnologiya İnstitutunun birgə tərəfdaşlığı ilə yaradılıb. Mərkəz kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadr hazırlığı, peşəkar inkişaf, ictimai maarifləndirmə, məhsul tədqiqatı və həllərin hazırlanması istiqamətində fəaliyyət göstərir.

Azercell artıq on ilə yaxındır ki, internet təhlükəsizliyi mövzusunda maarifləndirmə təşəbbüsləri həyata keçirir. Bu layihələr nəticəsində Bakı və regionlarda minlərlə uşaq və valideyn rəqəmsal təhlükəsizlik və şəxsi məlumatların qorunması ilə bağlı zəruri biliklərlə təmin olunub. Şirkətin bu sahədə davamlı fəaliyyəti ölkədə kibertəhlükələrə qarşı dayanıqlı maarifləndirmə mühitinin formalaşdırılmasına əhəmiyyətli töhfə verir.

Tarix
2025.05.30 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı əbədidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla