Yuxarı

Baş nazir iclas keçirdi: bu rəsmilər məruzə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir iclas keçirdi: bu rəsmilər məruzə etdi

Mayın 30-da İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Axar.az-a bildiriblər ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində ortamüddətli dövr üzrə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün Tədbirlər Planı, dəstəkləyici iqtisadi siyasət alətləri, büdcə siyasəti və habelə digər prioritet məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib. Təqdim olunan iqtisadi siyasət gündəliyinə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Tarix
2025.05.30 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla