Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib.
Axar.az xəbər verir ki, İ.Adıgözəlli 87 yaşında dünyasını dəyişib.
İ.Adıgözəlli 1963-2007-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Bu illərdə "Araz" radiostansiyasında şöbə müdiri (1964), baş redaktorun müavini (1969), baş redaktor (1990), "Araz" proqramının baş direktoru (1993-1997-ci illərdə), radioda şərhçi (1997-2007-ci illərdə) vəzifələrində çalışıb.
1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
2007-ci ildən təqaüdə çıxsa da, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayıb.
Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində Jurnalistika fakültəsi tələbələrinə dərs deyib.
İ.Adıgözəlli əməkdar jurnalist Fikrət Adıgözəllinin atasıdır.