Yuxarı

Xankəndi rəqəmsal TV və radio yayımı ilə əhatə olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Audiovizual Şuranın növbəti iclası keçirilib.

Şuradan Axar.az-a verilən məlumata görə, iclas tikilməkdə olan "Xankəndi" radio-televiziya yayım stansiyasından (RTYS) televiziya və radio yayımının təşkili məsələlərinə həsr olunub.

Bildirilib ki, hazırda Qarabağda televiziya və radio yayımı "Şuşa", "Şahyeri", "Turşsu", "Həsənriz kənd" və bir sıra başqa RTYS-lərdən yayımın həyata keçirilməsi hesabına aparılır.

"Xankəndi" RTYS istifadəyə verildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda televiziya və radio yayımının əhatə dairəsi daha da genişlənəcək, o cümlədən Xankəndi, Xocalı, Ağdərə şəhərləri tam olaraq müasir standartlı rəqəmsal yerüstü televiziya və radio yayımı ilə, habelə analoq FM radio yayımı ilə əhatə olunacaq.

İclasda işğaldan azad edilmiş ərazilərdə müasir teleradio yayım şəbəkəsinin qurulması istiqamətində infrastruktur operatoru olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB-nin, habelə həmin bölgələrdə istifadəyə yararlı, boş radiotezliklərin müəyyən olunub istismara verilməsi sahəsində Dövlət Radiotezliklər İdarəsinin gördüyü işlər qeyd edilib və təqdir olunub.

Müzakirələrdən sonra Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar və infrastruktur operatorunun ehtiyacları nəzərə alınaraq tikilməkdə olan "Xankəndi" RTYS-dən istismara verildikdən sonra DVB-T2 standartlı rəqəmsal yerüstü televiziya yayımının, DAB+ standartlı rəqəmsal yerüstü radio yayımının həyata keçirilməsi üçün müvafiq radiotezliklərin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB-nin istifadəsinə ayrılması haqqında qərarlar qəbul olunub.

Həmçinin, istismara veriləndən sonra ümumölkə radio yayımçılarının proqramlarının "Xankəndi" RTYS-dən analoq FM yayımının təmin edilməsi üçün müvafiq radiotezliklərin ümumölkə və həmin bölgədə fəaliyyət göstərən regional yerüstü radio yayımçıların istifadəsinə ayrılması ilə bağlı da qərar qəbul olunub.

Tarix
2025.06.04 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla