Yuxarı

Azərbaycanlı deputat bu çıxışına görə vəzifəsini itirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Kommunist Partiyasından olan azərbaycanlı deputat Xalid Böyükağa oğlu Tağızadə Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqra Dumasının sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən məhrum edilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə parlamentin rəsmi press-relizində məlumat verilib.

Bildirilib ki, Xalid Tağızadə miqrantların (xüsusən də özbəklər) Xantı-Mansiysk Muxtar Dairəsinə “tarixi vətənlərinə” gəldiyini bildirib. Deputat qənaətini rus ordusuna məğlub olan Sibir xanlığının hökmdarı Kuçumun özbək olması ilə əsaslandırıb.

Xantı-Mansiysk Muxtar Dairəsi parlamentinin sədri Boris Xoxryakovun sözlərinə görə, Xalid Tağızadə bununla deputat etikası qaydalarını pozub və dövlət hakimiyyətinin nüfuzuna zərbə vurub. Nəticədə sosial inkişaf komitəsi deputat Xalid Tağızadənin komitə sədrinin müavini səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

Parlamentarilər həm də həmkarından açıq şəkildə üzr istəməsini tələb etmək, ona açıq şəkildə irad tutmaq və bu barədə KİV vasitəsilə seçicilərə məlumat vermək qərarına gəliblər.

Qeyd olunub ki, Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının reqlament və etika komissiyasının sədri Leonid Mixalko da dairə prokurorluğundan Xalid Tağızadənin hərəkətlərinin federal qanunvericiliyə uyğunluğunu qiymətləndirməyi xahiş edib.

Eyni zamanda, Boris Xoxryakov qeyd edib ki, hazırda deputatların Xalid Tağızadəni vaxtından əvvəl deputat səlahiyyətlərindən məhrum etmək hüququ yoxdur, çünki etika normalarının pozulması qanuna görə belə bir qərar üçün əsas deyil.

Xalid Tağzadə regional parlamentdəki çıxışından bir neçə gün sonra sosial şəbəkələrdə üzrxahlıq edib. Onun sözlərinə görə, o, tarixi faktları təhrif etmək niyyətində olmayıb. Onun Rusiyanı tərk etdiyi bildirilir.

Tarix
2025.06.04 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla