Yuxarı

Üzük hədiyyəsini qəbul edən müəllimə töhmət ayıbdır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üzük hədiyyəsini qəbul edən müəllimə töhmət ayıbdır!

Bir müəllim dərsdən sonra, qeyri-iş günündə şagirdlərinin valideynləri ilə sosial xarakterli tədbirdə iştirak edib və onlardan bir təşəkkür hədiyyəsi qəbul etdiyi üçün ona töhmət verilir? “Azərbaycan Respublikasının Təhsil haqqında” Qanununa görə, müəllim şagirdlərin intellektual və mənəvi inkişafı üçün tədbirlər təşkil edə bilər. Heç bir qanun müəllimin məktəbdənkənar, könüllü görüş keçirməsini qadağan etmir. Eləcə də Etik Kodeks sadəcə tövsiyə xarakterlidir – “qadağandır” yazılmayıb. Hətta orada “çalışmalıdır” deyilir. Bu, hüquqi məsuliyyət doğurmur.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov Tovuzda müəllim Günel Məmmədovaya valideynlərdən hədiyyə qəbul etdiyi üçün töhmət verilməsi haqda qeyd edib.

“Müəllim dövlət qulluqçusu deyil, əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Hədiyyənin təzyiq vasitəsi olmadığı, qiymətləndirməyə təsir etmədiyi, sadəcə təşəkkür xarakterli olduğu halda bu məsələnin intizam məsuliyyəti kimi təqdim olunması qərəz və qanunsuzluqdur.

Əmək Məcəlləsinin 186-cı maddəsi deyir ki, töhmət yalnız əmək vəzifəsinin pozulması ilə verilir. Dərs olmayıb, iş günü olmayıb, vəzifə öhdəliyi olmayıb. Bəs nəyə görə cəza?

Müəllimləri qorumaq əvəzinə onları özəl təşəbbüslərinə görə cəzalandırmaq bu cəmiyyətə nə qazandırır?

Müəllimə təşəkkürə görə cəza vermək – təhsilə biganəlikdir. Biz bu yanaşma ilə təhsili inkişaf etdirə bilmərik.

Bu qədər müəllimin üstünə getmək, ona təzyiq etmək, hər addımda günahkar çıxarmaq olmaz. Onlar aylıq 300–500 manat maaşla sizin övladlarınıza həyat öyrədir. Bu insanlara nəinki cəza, əksinə, dəyər və qayğı göstərmək lazımdır. Bezdirib bu peşədən uzaqlaşdırmaq yox, ruhlandırmaq lazımdır”, - o bildirib.

Tarix
2025.06.08 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı

20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf

Azərbaycan bu görüşə ev sahibliyi etməyə hazırdır - Nazir

Hərbçilərimizin Qəzzaya göndərilməsi... - Bayramov

Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?

Bayramovla Arakçı arasında təkbətək görüş oldu

Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?

Arakçı Şəhidlər xiyabanını ziyarət etdi - Foto

Pezeşkian seçildikdən sonra Azərbaycanla bağlı tapşırıq verdi

İlham Əliyev İranın xarici işlər nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla