Yuxarı

Alimpaşa Məmmədovun əmlakları ilə bağlı qərar…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimpaşa Məmmədovun əmlakları ilə bağlı qərar…

Şəmkir rayonunun həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun rəhbərliyi ilə keçirilən prosesdə Alimpaşa Məmmədovun ərizəsi elan olunub.

Sabiq icra başçısının kassasiya şikayətini geri götürməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etdiyi məlum olub.

O, məktubunda göstərib ki, gələcəkdə yenidən kasasiya şikayətinə əlavələr edəcək və ona təyin olunan cəza ilə bağlı kassasiya şikayəti verəcək. O, gələcəkdə yenidən kassasiya şikayəti vermək hüququnu özündə saxlamaqdan ötrü ərizənin hakimlər heyəti tərəfindən təmin edilməsini xahiş edib.

Məhkəmə onun ərizəsini təmin edib.

Qeyd edək ki, A.Məmmədov kassasiya şikayətində cəzasının azaldılmasını və üzərinə həbs qoyularaq müsadirəsinə qərar verilmiş əmlakının geri qaytarılmasını istəyib.

Xatırladaq ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Ona AR Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi isə sabiq icra başçısının cəzasını 1 il azaldaraq 10 il 6 aya endirib.

Tarix
2025.06.10 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda Hindistanla bağlı konfrans başladı

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla