Yuxarı

Atasını amansızcasına öldürən yeniyetməyə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atasını amansızcasına öldürən yeniyetməyə hökm oxundu

Atasını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayan D.H-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəmənində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin atası Röyal Hüseynovu öldürməsi sübuta yetirlib və o, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Dövlət ittihamçısı da cinayət işi üzrə təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il dekabrın 17-də Salyan rayonunun Yeni Uluxanlı kəndində baş verib. Ailə münaqişəsi zəminində yeniyetmə atasını odlu silahla qətlə yetirib, doğrayaraq kənd ərazisindəki kollektora atıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

2024-cü il dekabrın 19-da Salyan rayon sakini Röyal Hüseynovun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Keçirilən axtarış-əməliyyat nəticəsində şəxsin meyiti hissələrə bölünmüş formada aşkar edilib. Məlum olub ki, o, qətlə yetirilib, cinayət işini gizlətmək üçün meyit hissələrə ayıraraq kollektora atılıb.

İlkin araşdırma zamanı Röyal Hüseynovun həyat yoldaşı Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib. Mətanət Hüseynova cinayəti öz üzərinə götürüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla məlum olub ki, cinayəti Mətanət Hüseynova deyil, oğlu D.H. törədib. Mətanət Hüseynova sərbəst buraxılıb, oğlu saxlanılıb.

Məlum olub ki, Röyal Hüseynov ailəsinə zorakılıq göstərib. Bu zorakılıq davamlı və şiddətli olub. Buna dözməyən D.H odlu silahdan atəş açaraq atasını qətlə yetirib və izi itirmək üçün meyiti doğrayaraq kollektora atıb.

Tarix
2025.06.11 / 10:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla