Yuxarı

Bu gün ölkə üzrə ekstern imtahanları keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün ölkə üzrə ekstern imtahanları keçirildi

Bu gün ölkə üzrə ekstern imtahanları keçirilib. Bakı və Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə imtahanlar ilk dəfə olaraq elektron formada təşkil edilib.

Bu barədə Axar.az-a Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, ötən il 4 və 6-cı siniflər üzrə keçirilən monitorinqlər zamanı təxminən 10 minə yaxın şagird elektron formada imtahana cəlb edilib:

"Cari ildə keçiriləcək monitorinqlərdə elektron formada imtahana cəlb edilən şagirdlərin sayının daha da artırılması istiqamətində təhlillər aparılır. Elektron imtahan infrastrukturunun genişləndirilməsi və iştirakçılar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

2026-cı ilə qədər imtahan mərkəzlərinin sayının 59-a (2022-ci ildə 15), eyni anda imtahanda iştirak edənlərin sayının 12 min nəfərə (2022-ci ildə 5 min), imtahanların təşkil olunduğu şəhərlərin sayının 26-ya (2022-ci ildə 10) çatdırılması hədəflənir".

Bildirilib ki, imtahanların elektron təşkili qiymətləndirmədə şəffaflığı və obyektivliyi artırır, insan amilindən asılılığı minimuma endirir:

"Prosesin rəqəmsal şəkildə izlənməsi nəzarəti gücləndirir və daha ədalətli və etibarlı imtahan mühiti yaradır. Bu istiqamətdə fəaliyyətlərimiz genişləndirilərək davam edəcək".

Tarix
2026.01.31 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla