Yuxarı

Avropa liderləri Trampa qarşı plan hazırlayıb - NYT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa liderləri Trampa qarşı plan hazırlayıb - NYT

Avropa dövlətlərinin liderləri Brüsseldə keçirilən işgüzar şam yeməyində ABŞ Prezidenti Donald Trampın təhdid və təzyiqlərinə qarşı durmaq üçün bir plan hazırlayıblar.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Planda ABŞ prezidentinin gələcək təxribatlarına soyuqqanlı reaksiya vermək və cavab kimi rüsumlar tətbiq etməklə hədələmək nəzərdə tutulub.

Bundan əlavə, onlar Vaşinqtondan hərbi və iqtisadi asılılığı azaltmağı planlaşdırıblar.

Mənbələrə görə, İtaliyanın Baş naziri Corciya Meloni görüşdə ABŞ prezidenti ilə dialoqun davam etdirilməsini təklif edib, Almaniya kansleri Fridrix Merz də ABŞ-dan iqtisadi asılılığı azaltmaq üçün sürətli tədbirlərin görülməsini istəyib. Fransa Prezidenti Emmanuel Makron isə Avropanın Vaşinqtona qarşı mübarizə aparmaq istəyini nümayiş etdirməli olduğunu və bununla da Trampın hörmətini qazanması gərəkdiyini bildirib.

Qəzet Avropa liderlərinin planını cəsarətli, ancaq kifayət qədər mücərrəd adlandırıb.

Tarix
2026.01.31 / 21:26
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla