Yuxarı

Dövlət Xidməti 75 çimərliyə nəzarət edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Xidməti 75 çimərliyə nəzarət edir

Hazırda Fövqəladə Hallar (FHN) Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ümumilikdə 75 çimərliyə nəzarət edir.

Axar.az xəbər verir ki, bunu FHN-in Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki sahilində yerləşən çimərlikdə təşkil etdiyi mediaturda nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili deyib.

"Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir", - o qeyd edib.

FHN rəsmisinin sözlərinə görə, bütün təhlükəsizilik tədbirləri iyun ayının 15-dək yekunlaşacaq:

"Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112 qaynar xəttinə zəng edin", - deyə Aqşin Əlili vətəndaşlara müraciət edib.

Tarix
2025.06.12 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla