Yuxarı

Bakıda mühüm konqres keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda mühüm konqres keçirilir

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi keçirilir.

Axar.az xəbər verir ki, tədbir Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türkdilli ölkə onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində dünyanın on ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edir.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan,Türkmənistandan, həmçinin ABŞ, Almaniya, Tacikistan və Gürcüstandan olan nümayəndələr türkdilli ölkələrdə, eləcə də dünyanın bu sahədə böyük təcrübəsi olan ölkələrində onkoloji xidmətlərin təşkili, baş-boyun şişlərinin müalicəsi və profilaktikası, torakal onkologiya, süd vəzi xərçəngi, digər mövzularda mühazirələr və çıxışları dinləyəcək, fikir mübadiləsi edəcəklər.

Azərbaycanda bu formatda tarixdə ilk dəfə reallaşan Konqresin gedişində türkdilli dövlətlər arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa dair Memorandumun imzalanması da nəzərdə tutulur.

Tədbirdə klinik onkologiyaya aid mövzular, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi məsələləri müzakirə olunacaq.

Konqres iyunun 14-də öz işinə yekun vuracaq.

Tarix
2025.06.13 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla