Yuxarı

Özdəmir Tokel "Teleqraf" Media Qrupunda oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özdəmir Tokel "Teleqraf" Media Qrupunda oldu

Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin baş məsləhətçisi və Bayraq Radio Televiziya Qurumunun (BRT) rəhbəri Özdəmir Tokel Azərbaycana səfəri çərçivəsində "Teleqraf" Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı media sahəsində əməkdaşlıq imkanları, informasiya mübadiləsinin genişləndirilməsi və iki ölkə arasında mədəni-ictimai əlaqələr müzakirə olunub.

Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud münasibətlərin xalqlar arasında qardaşlıq prinsipləri üzərində qurulduğu və ictimai-mədəni və media sahəsində əlaqələrin və qarşılıqlı səfərlərin genişləndirilməsi vacibliyi vurğulanıb.

Ö.Tokel Azərbaycanı çox sevdiyini bildirib və Azərbaycanın Prezident İlham Əliyevin simasında ölkəsinə verdiyi misilsiz dəstəyə görə təşəkkürünü ifadə edib.

Tarix
2025.06.18 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla