Yuxarı

Leyla və Arzu Əliyevalar Xızıda bu ailənin qonağı oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla və Arzu Əliyevalar Xızıda bu ailənin qonağı oldu - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçılarından biri olan, Altıağac qəsəbəsində yaşayan Dadaşovlar ailəsinin qonağı olub.

İDEA İctimai Birliyindən Axar.az-a bildirilib ki, görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb. Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyeva və Arzu Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını bildiriblər.

"Gənc arıçı" layihəsinin əsas məqsədi regionlarda gənc ailələrin arıçılıq sahəsinə marağını artırmaq, onların məşğulluğunu və ekoloji cəhətdən dayanıqlı kiçik ailə bizneslərini dəstəkləməkdir.

Qeyd edək ki, layihə iştirakçısı Sevinc Dadaşovanın atası Adıgözəl Səfərov 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevlə görüşmüş, onun dəstəyi sayəsində Azərbaycan Fermer Təsərrüfatları İttifaqı tərəfindən ABŞ-ın Ayova ştatına kənd təsərrüfatı və fermerlik sahəsində təcrübə mübadiləsi proqramına göndərilmişdir.

Tarix
2025.06.24 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla