Yuxarı

Aztəminatlı ailələrə hüquqi yardım aksiyası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Binəqədi rayonunda aztəminatlı ailələrə hüquqi yardım aksiyası keçirilib

İyunun 23-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

Axar.az xəbər verir ki, aksiyanı giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, hazırda ölkəmizdə ictimai həyatın bütün sahələrində geniş islahatlar gedir. Bu istiqamətlərdən biri də hüquqi qanunvericilik, hüquq maarifçiliyi, vətəndaşların hüquqlarının reallaşması sahəsində şəffaflıq mühitinin yaradılmasıdır.

Millət vəkili Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisinin bu təşəbbüsü təqdirəlayiqdir, hər vasitə ilə geniş təbliğ olunmalı və vətəndaşlarla ikitərəfli əlaqələrin ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Seçicilərin pulsuz hüquqi xidmətə, ölkədə gedən böyük quruculuq prosesinə hüquqi cəhətdən dəstək verməsinə hər vasitə ilə yardım olunmalıdır. Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin Binəqədi sakinləri ilə görüşə gəlməsi, düşünürük ki, yaxşı bir ənənəyə çevriləcədir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova seçicilərə pulsuz hüquqi yardımın göstərilməsini rayonun ictimai-siyasi həyatında mühüm bir hadisə kimi dəyərləndirib. O, bildirib ki, hüquqşünaslarımız sakinlərin illərdən bəri davam edən hüquqi problemlərin, ev, mənzil, mülkiyyət sahəsində mürəkkəb məsələlərin həllində yaxından yardım edəcəklər.

Sonra hüquqşünqslar Nuriyyə Abbasova və Gülgün Kərimova sakinlərin arzu və istəklərini dinləyib , qarşılaşdıqları problemlərin hüquqi cəhətdən həll yollarını göstəriblər. Vəkillər bildirib ki, bu tədbirdə seçicilər tərəfindən qaldırılan məsələlərin sona qədər həll olunmasına çalışacaqlar. Aksiyada mənzil qeydiyyatı, evlərin qazlaşdırılması, su və işıq çəkilməsi, bank problemləri, vərəsəlik qaydaları və digər məsələlərlə bağlı vətəndaşların onlarla sorğusu operativ şəkildə cavablandırılıb və bununla bağlı müvafiq sənədləşmə qaydaları icra edilib.

Binəqədi sakinləri aksiyanın keçirilməsindən razılıqlarını bildirmişlər.

Tarix
2025.06.25 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Nikol Türkiyədən dönən kimi başladı: Kremlə bağlı olanlar...

İrana zərbə tamamlandı, yeni hücum isə belə olacaq

Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir

Ərdoğan Xankəndiyə səfər edəcək

İran 12 günlük savaşdan necə çıxdı və nələr edəcək?

İlham Əliyev Sloveniya prezidentini təbrik etdi

Bu tarix bayram təqvimizdə xüsusi yer tutur

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla