Yuxarı

Xətaidə Silahlı Qüvvələr Günü belə qeyd edildi - Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə Silahlı Qüvvələr Günü belə qeyd edildi - Foto/Video

İyunun 25-də Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsi və YAP Xətai rayon Təşkilatının təşəbbüsü ilə 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

Axar.az xəbər verir ki, Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə Xətai rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, Səxavət Baxışov, Raqif israyılov, şəhid ailələri, qazilər, hərbiyyələr, ziyalılar və şəhərimizin sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan bəhs edlib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Tanınmış incəsənət ustaları Alim Qasımov, Röya Ayxan, Manana Çaparidze, Mələkxanım Əyyubova, Şəmistan Əlizamanlı, Fərqanə Qasımova, Nazpəri Dostəliyeva, Elnarə Xəlilova, C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestri, "Azad" rəqs qrupu və digər müğənnilər bayram ifalarını tamaşaçılara təqdim ediblər. Böyük coşqu ilə keçən bayram konserti sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Tarix
2025.06.26 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla