Yuxarı

“Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilən “Doğru yol budur” sosial kampaniyası KIAF — Beynəlxalq Reklam Festivalında yüksək nəticə əldə edib. Layihə “Əməkdaşlıq və tərəfdaşlıqlar” və “Qeyri-kommersiya və xeyriyyə layihələri” kateqoriyaları üzrə gümüş medallara layiq görülüb.

Eyni zamanda, layihə “Korporativ imic və nüfuzun formalaşdırılması” və “Brendlərarası əməkdaşlıq” kateqoriyalarında da finala çıxaraq beynəlxalq reklam və yaradıcı sənaye mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, “Doğru yol budur” kampaniyasının məqsədi gəncləri zərərli vərdişlərdən uzaq tutmaq və onların asudə vaxtlarını sağlam həyat tərzi və idmanla dəyərləndirməyə təşviq etməkdir. Sosial təşəbbüs çərçivəsində Cüdo Federasiyasının məktəb və bölmələrində qeydiyyatdan keçən gənclərə cüdo ilə ödənişsiz şəkildə məşğul olmaq imkanı yaradılıb. Layihə əsnasında yeniyetmə və gənclər arasında geniş maarifləndirmə işləri aparılıb. Paytaxt və Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərin daha çox toplandığı yerlərdə narkotik vasitələrdən istifadənin yıxıcı fəsadlarını əks etdirən təsiri posterlər yerləşdirilib.

Onu da qeyd edək ki, məşhur rep ifaçısı Orxan Zeynallının bu layihə üçün bəstələdiyi “Bir də gəlsəm” mahnısı sosial mediada milyonlarca baxış toplayıb. Mahnının klipini ölkənin aparıcı rejissorlarından biri olan Emil Quliyev çəkib.

Təşəbbüsün nəticəsində 900-ə yaxın gənc cüdo təlimlərinə qoşularaq zərərli vərdişlərdən uzaq durmağı seçib.

Xatırladaq ki, 2000-ci ildən etibarən keçirilən KIAF qlobal reklam, media, PR və dizayn sahəsində fəaliyyət göstərən şirkət və mütəxəssisləri bir araya gətirən aparıcı platformalardan biri hesab edilir.

“Doğru yol budur” layihəsinin bu nüfuzlu festival tərəfindən mükafatlandırılması, onun sosial təsirinin və kommunikasiya strategiyasının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinin bir göstəricisidir.

Tarix
2025.07.02 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla