Yuxarı

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.

Bəzi məktəblərdə valideynlərə bildirilib ki, övladlarının təhsilini davam etdirməsi üçün müvafiq ərizə təqdim olunmalıdır. Maraqlıdır, bu tələbin qanuni əsası varmı? Əgər varsa, hansı dəyişiklikdən sonra tətbiq edilib və səbəb nədir?

Axar.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Oxu.az-a ümumi təhsil müəssisələrinin X sinfinə qəbulunun Azərbaycan Respublikası təhsil nazirinin 27 sentyabr 2013-cü il tarixli müvafiq əmri ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları" ilə tənzimləndiyi bildirilib.

"Şagirdlərin X sinfə qəbulu onların ümumi orta təhsil haqqında dövlət sənədini - attestatını aldıqları vaxtdan növbəti tədris ili başlayanadək həyata keçirilir. Ümumtəhsil məktəbinin X sinfinə qəbul valideynin ərizəsi və ümumi orta təhsil haqqında dövlət sənədi - attestat əsasında həyata keçirilir", - deyə qurumdan bildirilib.

Tarix
2025.07.02 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla