Yuxarı

Bir ekosistem Birmarket ilə daha da güclənir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi-nin mühüm parçası olan aparıcı onlayn alış-veriş platforması Umico rebrendinq edərək müştərilərinə Birmarket adı ilə xidmət göstərir. 2 milyondan çox müştərinin etibar etdiyi Birmarket elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məhsulları, ev əşyaları, istirahət və əyləncə də daxil olmaqla onlarla kateqoriyada minlərlə məhsul çeşidi təklif edir.

Platforma təkcə məhsul çeşidinin zənginliyi ilə deyil, həm də təqdim etdiyi rahatlıq və əlçatanlıqla seçilir. Müştərilər sifarişlərini ya kuryer vasitəsilə birbaşa ünvanlarında, ya da ölkə üzrə fəaliyyət göstərən 850-dən çox “Al-apar” təhvil məntəqəsindən əldə edə bilərlər. 24 ayadək hissə-hissə ödəmə, taksit və yerində kredit imkanları isə istifadəçilərə arzuladıqları məhsullara asanlıqla sahib olmaq üçün sərhədsiz alış-veriş fürsəti yaradır. Qeyd edək ki, rebrendinq çərçivəsində 1 iyul 2025-ci il tarixindən etibarən Umico mobil tətbiqi mərhələli şəkildə Birmarket tətbiqinə çevrilir. İstifadəçilər sadəcə tətbiqi yeniləməklə mövcud hesablar, sifarişlər və bonus proqramlarından heç bir dəyişiklik olmadan istifadə etməyə davam edə bilərlər.

Bir ekosistem-in Baş İcraçı Direktoru Fərid Məmmədov bu inkişaf mərhələsi ilə bağlı qeyd edib:

“Ölkənin ilk onlayn alış-veriş platforması kimi Umico bizim üçün möhkəm bir başlanğıc idi. Lakin qısa zamanda biz yalnız böyümədik, dəyişdik, inkişaf etdik və ölkəmizin müştəri təcrübəsindəki dəyər zəncirinin əsas hissəsinə çevrildik. Umico – indiki adı ilə Birmarket bu dəyişimin və inkişafın əsas komponentlərindəndir. Birmarket təkcə alış-veriş platforması deyil, insanların gündəlik həyatına dəyər qatan, alış-verişi, bonus imkanlarını və bir çox xidməti bir araya gətirən vahid bir təcrübədir”.

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Тrendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Тrendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Tarix
2025.07.02 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla