Yuxarı

MİQ üçün əsas qaydalar: Müəllimlər buna diqqət etməlidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin işə qəbulu (MİQ) üzrə test imtahanı mərhələsində iştirak edəcək namizədlər üçün vacib tövsiyələr açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, namizədlər yalnız şəxsi səhifədə qeyd olunan tarix və saatda imtahanda iştirak edə bilərlər.

"Şəxsi səhifədə qeyd olunan məkandan fərqli imtahan mərkəzlərində keçirilən imtahanlarda iştirak etmək imkan xaricindədir. MİQ imtahanında iştirak üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur. Namizədi müşayiət edən şəxslər imtahan mərkəzinin ərazisinə buraxılmayacaqlar. Test imtahanının davametmə müddətini ve müsabiqə şərtlərindən irəli gələn digər məqamları nəzərə alaraq namizədlərə öz yaxınlarını imtahana gətirməməsi və imtahan ərazisinə tək yaxınlaşmağı tövsiyə olunur. Namizədin imtahan binasına yemək, su (bütün növ içkilər), çanta və ya digər şəxsi əşyalar gətirməmək tövsiyə olunur. İmtahan prosesində hər hansı sual yarandıqda və ya məlumat uyğunsuzluğu baş verdikdə namizəd səssizcə əlini qaldırıb nəzarətçilərin ona yaxınlaşmasını gözləməlidir. Namizəd imtahanı bitirdikdən sonra nəzarətçinin təlimatı olmadan imtahan zalını tərk etməmǝlidir. İmtahan zamanı istifadə olunan qaralama kağızları imtahan zalından çıxarılmamalıdır", - məlumatda qeyd olunub.

Tarix
2025.07.02 / 21:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla