Yuxarı

Attestata yanlış qiymət yazıldığı üçün direktor cəzalandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Attestata yanlış qiymət yazıldığı üçün direktor cəzalandırıldı

Attestata yanlış qiymət yazıldığına görə Ağsu rayon Dilman kənd tam orta məktəbinin direktoru cəzalandırılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Ağsu rayon Dilman kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Elmir Emil oğlu Valehovun 2024-25-ci tədris ili üzrə illik qiymətləri jurnaldan Dövlət İmtahan Mərkəzinin "Şagird-məzun" sisteminə işlənilərkən məktəb rəhbərliyi tərəfindən texniki səhv edilərək riyaziyyat və Azərbaycan dili fənləri üzrə yanlış qiymətlər yazılıb.

"Sonradan qiymətlərə sistemdə düzəliş edilib. Şagirdə düzgün qiymətlər yazılaraq yeni attestat təqdim edilib. Bununla əlaqəli məktəb direktoru haqqında intizam tənbehi görülüb", - deyə məlumatda qeyd olunub.

Tarix
2025.07.03 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Mustafayevin erməni sinif yoldaşı: Şahinin əsl adı... - Video

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla