Yuxarı

Depo tikintisi sakinlərə çətinlik yaradır - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Depo tikintisi sakinlərə çətinlik yaradır - Açıqlama

Küləkli hava tikinti işləri gedən ərazilərin sakinlərinə çətinlik yaradır. Həmin ərazilərdən biri də “Dərnəgül” metrosunun yaxınlığında olan yaşayış binalarıdır. “Dərnəgül” metrosunun deposu tikilən bölgədə külək səbəbindən havada tozluluq daha çox olur və sakinlər toz basdığı üçün evin qapı-pəncərəsini açıq qoya bilmir.

Bakı Metropoliteni QSC-dən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Dərnəgül” stansiyası yaxınlığındakı depo tikintisi ilə əlaqədar həmin ərazidə torpaq qatı mütəmadi olaraq suvarılır və digər önləyici tədbirlər həyata keçirilir.

“Qeyd etdiyiniz məsələ bütün tikinti dövründə xüsusi nəzərə alınacaq. Bu məqsədlə ərazidə torpaq qatının suvarılması üçün müvafiq nəqliyyat vasitələri ayrılır. Küləkli havada nəzarət daha da gücləndirilir və hava haqqında proqnozlara uyğun olaraq əvvəlcədən müvafiq tədbirlər görülür. Hazırda da həmin ərazidə küləkli hava ilə əlaqədar nəzarət gücləndirilib, gün ərzində suvarma işləri aparılıb”, - məlumatda qeyd olunub.

Tarix
2025.07.07 / 10:35
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla