Yuxarı

Yerdə günün qısalmasının səbəbi açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsində günün millisaniyə qədər qısalmasının səbəbi onun nüvəsi ilə bağlıdır.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin elmi işçisi Əminə Hümbətova deyib.

Onun sözlərinə görə, Yerdə qısa gün iyulun 9-da baş verib, iyulun 22-də və avqustun 5-də də bu prosesin baş tutacağı gözlənilir.

Ə.Hümbətova bildirib ki, alimlərin fərziyyələri əsasında qurulan bəzi modellərə görə, Yerin daxili nüvəsi hazırda yavaş fırlanır və 2040-cı ilədək hərəkətini tam dayandıra biləcək:

“Bu alimlərin hələlik fərziyyələrdir. Yəni konkret model qurulmayıb. Belə fərziyyə olunur ki, gün qısalmasına səbəb Yerin nüvəsidir. Çin Elmlər Akademiyasının “Nature” jurnalında dərc olunan məqalədə qeyd olunur ki, təkrarlanan zəlzələlərdən sonra seysmik dalğaların müvəqqəti dəyişikliyi aşkar edilib. Nəticədə Yerin daxili nüvəsinin fırlanma sürətinin dəyişdiyi müşahidə olunub. Hazırda planetin daxili nüvəsi yavaş-yavaş və Yer səthinin fırlanmasının əks istiqamətində hərəkət edir. Amma sonradan Yerin özü ilə eyni istiqamətdə fırlanmağa davam edə biləcək. Yerin bərk nüvəsi təxminən hər 35 ildən bir dayanır, fırlanma istiqamətini dəyişə bilir və sonra yenidən bərpa olunur. Yəni bu, periodik prosesdir”.

Elmi işçi vurğulayıb ki, tədqiqatlara görə, 2009-2020-ci illərdə daxili nüvənin fırlanmasının hərəkət istiqaməti dəyişib, bu da eyni zamanda Yerin maqnit sahəsindəki dəyişikliklərlə üst-üstə düşüb:

"İnsanlar üçün hər hansı bir əhəmiyyətli nəticəyə gətirib çıxarmayacaq. 2025-ci ilin iyul-avqust ayında planet öz oxu ətrafında rekord sürətlə fırlanacaq. Hesablamalara görə, ən qısa günlərdən biri iyulun 9-na düşüb. Minimum uzunluq indiyə qədər 1,05 millisaniyədən aşağı düşmürdü. 2024-cü ilin iyulunda 1,66 millisaniyə olub, həmin vaxt da rekord olub".

Rəsədxana işçisi bu prosesin xarici amillərlə heç bir əlaqəsinin olmadığını söyləyib.

Tarix
2025.07.10 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla