Yuxarı

Şikayət edilən avtobus xətdən çıxarıldı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, “Elmlər Akademiyası” metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən 206 saylı marşrut avtobusunda sərnişin həyatı üçün təhlükə yaradan vəziyyət qeydə alınıb. Belə ki, dövlət qeydiyyat nişanı 90 HM 282 olan avtobusda sərnişin oturacağı çıxarılıb, onun yerində isə açıq və iti dəmir borular qalıb.

AYNA-dan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin avtobus artıq xətdən kənarlaşdırılıb.

Agentlikdən bildirilib ki, hazırda Bakı şəhərinin inzibati ərazisində nöqsanlar aşkar edilən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda bu xətlər üzrə müsabiqələrin təşkil olunaraq, balansında tələblərə cavab verən nəqliyyat vasitələri olan daşıyıcılara həvalə edilməsi istiqamətində işlər həyata keçirilir:

“206 nömrəli marşrutun müvəqqəti istismarçısına da nöqsanların aradan qaldırılması, avtobus parkının yenilənməsi və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir. Qeyd edək ki, 206 nömrəli marşrut müsabiqəyə çıxarılsa da, iştirakçı olmamışdır. Daşıyıcı tərəfindən avtobus parkının yenilənməsi həyata keçirilməyəcəyi təqdirdə marşrut yenidən müsabiqəyə çıxarılacaq”.

Tarix
2025.07.10 / 16:52
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla