Yuxarı

Kəskin istilər: Cəlilabadda balıqlar kütləvi şəkildə öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:00

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.

Axar.az Report-a istinadla xəbər verir ki, suyun kəskin azalması səbəbindən göldəki xırda kilkə balıqlar tələf olub.

Kənd sakinləri qeyd edib ki, balıqlar gölə təxminən 50 il öncə buraxılıb. Son 5 ilə qədər isə burada həvəskar balıqçılar ovla məşğul olublar.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

***

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləşən göldə balıqların kütləvi ölümü faktına aydınlıq gətirib.

Məsələ ilə bağlı nazirlikdən bildirilib ki, Cəlilabad rayonunun Pərdi kəndində yerləşən və kənd əhalisinin ümumi təsərrüfat məqsədləri üçün istifadə olunan, yağış suları ilə qidalanan, təxminən 40-50 sm dərinliyə malik göldə balıqların kütləvi tələf olması faktı qeydə alınıb.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ölmüş balıqlar arasında əsasən Daban balığı (Carassius carassius) və Çapaq (Rutilus rutilus) növlərinin olduğu müəyyən edilib. Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, eləcə də ölmüş balıqlara pataloji yarma əməliyyatları aparılıb.

"Nümunələrin götürülməsi zamanı göldə suyun temperaturu 34°C qeydə alınıb. İlkin ehtimallara görə, balıqların kütləvi tələf olmasına səbəb kimi havaların kəskin istiləşməsi fonunda su hövzəsində oksigen çatışmazlığı göstərilir. Bu vəziyyət xüsusilə dayaz və durğun sular üçün xarakterik olub, balıqların həyatı üçün ciddi risk yarada bilər.

Araşdırmalar davam etdirilir və laborator nəticələr əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Tarix
2025.07.21 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL sərnişinlərini öldürən şəxsin - Fotosu

Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi

Yaqub Eyyubovun adından saxta açıqlama

Azərbaycan XİN Banqladeşə başsağlığı verdi

Hacıyevin adından Rusiya ilə bağlı saxta açıqlama yayıldı

Rusiya Azərbaycandan bunu istəyir

Ərdoğandan Zəngəzur açıqlaması: Buna inanıram!

Azərbaycan Rusiyanı məhkəməyə versə... – Kreml

Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Kreml

Urmiya gölünün son vəziyyəti: yox olur - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla